Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalında sığınacaqlardan qaçan 2 terrorçunun Haburdakı sərhəd məntəqəsinə təslim olduğunu bildirib.
Xezerxeber.az xəbər verir ki, Nazirliyin yaydığı açıqlamada deyilir: “Türk Silahlı Qüvvələrinin təsirli və qətiyyətli əməliyyatları ilə terror təşkilatı PKK-nın parçalanması davam edir. Şimali İraqda sığınacaqlardan qaçan 2 terrorçu Haburdakı sərhəddə təslim oldu. Fərqi yoxdur. Onların olduğu yerdə Mehmetcikin nəfəsi terrorçuların kürəyindədir. Davamı olacaq”.