Ermənistan Müdafiə Nazirliyində Silahlı Qüvvələrin rəhbərliyinin əməliyyat toplanışı keçirilir.
Xezerxeberaz xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
3 günlük təlim-məşq toplanışı hazırlıq planına uyğun olaraq martın 28-dən başlayıb. Məruzələrin dinlənilməsi və nümunəvi təlimlərin keçirilməsi nəzərdə tutulub.
Toplanışa Ermənistanın müdafiə naziri Suren Papikyan, baş qərargah rəisi və ordu rəhbərliyinə daxil olan digər yüksək rübtəli hərbçilər cəlb olunub.