2022-ci ilin sentyabrından, yəni Rusiya ordusu tərəfindən Ukraynanın kritik infrastrukturuna kütləvi raket hücumları başladıqdan bəri hava hücumundan müdafiə qüvvələri 700-dək raketi zərərsizləşdirib.
Xezerxeber.az xəbər verir ki, bu rəqəmi Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri Yuriy İqnat telemarafonun gedişində açıqlayıb.
O vurğulayıb ki, Rusiya ordusu Ukraynanın mühüm infrastrukturuna zərbələr endirərkən böyük strateji raket ehtiyatından istifadə edib.
“Martın 9-da Ukraynaya kütləvi raket hücumundan sonra kamikadze-dronları nəzərə almasaq, artıq 700-ə qədər raket hava hücumundan müdafiə sistemi tərəfindən vurulub”, - deyə spiker bildirib.