Ermənistanın ombudsmanı Kristine Qriqoryan bu gün ikinci dəfə parlamentə istefa ərizəsi təqdim edib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Qriqoryan sosial şəbəkə hesablarında bildirib.
Qeyd olunub ki, istefaya getmə qərarı Ermənistan Ali Məhkəmə-Hüquq Şurasında işləməyə keçidlə bağlıdır.
Ermənistan qanunvericiliyinə əsasən, ombudsman birinci istefa ərizəsinin təqdim olunmasından bir həftədən gec olmayaraq ikinci ərizəni təqdim edərsə, bu zaman onun səlahiyyətlərinə xitam verilir.
Xatırladaq ki, Qriqoryan ilk istefa ərizəsini dünən Ermənistan parlamentinə təqdim edib.