ABŞ Rusiya və Çinə qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir. Sanksiyalar bu gün elan olunacaq.
“The Wall Street Journal” nəşri yazır ki, fiziki şəxslərə qarşı yönələcək tədbirlər ABŞ-ın yurisdiksiyası daxilində aktivlərin dondurulmasını nəzərdə tutur, həmçinin Birləşmiş Ştatlara səfərləri və işgüzar münasibətləri qadağan edir.
Gözlənilən sanksiyaların əsas hissəsi “Maqnitski” qanununa uyğun olaraq tətbiq ediləcək.
Eyni zamanda, Sakit okeanda qanunsuz balıq ovu ilə bağlı Çinə qarşı ittihamın irəli sürüləcəyi gözlənilir.