Xəzər Xəbər

BMT: Ukraynada elektrik enerjisinin tam kəsilməsi fəlakətə səbəb olacaq

Dünya | 09:32 • 9 Dekabr 2022
BMT: Ukraynada elektrik enerjisinin tam kəsilməsi fəlakətə səbəb olacaq

BMT-nin Ukraynada humanitar məsələlər üzrə koordinatou Denis Braunun fikrincə, Ukraynada elektrikin tam kəsilməsi fəlakətə səbəb olacaq, çünki bu halda bütün humanitar təşkilatların imkanları məhdudlaşacaq.

Xezerxeber.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, D.Braunun sözlərinə görə, 40 milyon əhalisi olan ölkəyə bütövlükdə kömək göstərilməsi humanitar qurumun imkanı xaricindədir. Hazırda Ukraynada BMT humanitar təşkilatlarının iki min əməkdaşı var.

Daha əvvəl Ukraynanın Baş naziri Denis Şmıqal məlumat vermişdi ki, Ukraynada şəbəkələrdə elektrik çatışmazlığı 19 faizdir, istehlakçıların elektrik enerjisinin kəsilməsi davam edəcək.

Xəbər lenti

Çox oxunanlar