Kamçatkada Şiveluç vulkanı üç kilometr hündürlüyə qədər kül püskürüb.
Xezerxeber.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb. Şiveluçun öz hündürlüyü 3283 metrdir. Kül şleyfi şimal-şərq istiqamətində Ozernoy körfəzinə doğru yayılır. Yayılma yolunda yaşayış məntəqəsi yoxdur.
Şiveluç 5 min əhalisi olan Klyuçi qəsəbəsindən 50 kilometr aralıda yerləşir. Son bir ayda onun aktivliyi artıb.