ABŞ Administrasiyası Ukraynaya növbəti hərbi yardımı paketini verməyə hazırlaşır.
Xezerxeber.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, yardım paketi hava hücumundan müdafiə sistemini möhkəmləndirmək və PUA-ya qarşı mübarizə aparmaq üçün nəzərdə tutulmuş avadanlıq daxil olmaqla, 275 milyon dollar həcmindədir. Bu barədə cümə günü rəsmən məlumat bilər. Amerikanın Ukraynaya, həmçinin HIMARS reaktiv yaylım atəşi sistemləri, zirehli “Humvee” və enerji generatorları üçün sursat verməsi gözlənilir.