İran növbəti dəfə Ermənistana gizli yollarla silahlar göndərib.
Trend-ə mənbədən verilən məlumata görə, oktyabr ayında İran gizli yolla Ermənistana İran istehsalı olan 600 ədəd raket göndərib.
Göndərilən raketlər Ermənistana satılmayıb, hədiyyə kimi qarşılıqsız verilib. Beləki verilən raketlərin 500 ədədi “Dehjlaviyeh” və 100 ədəd “Almas” tipli tank əleyhinə idarəolunan raket (TƏİR) kompleksidir.
Qeyd edək ki, “Dehlaviyeh” TƏİR 2012-ci ildə İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin sifarişi ilə, “Almas” kompleksi isə 2021-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının sifarişi əsasında hazırlanıb.
Onu da xatırlatmaq lazımdır ki, bir neçə gündür yerli KİV-də 14 nəfər İran vətəndaşının rusiyalı sülhməramlıların müvəqqəti nəzarət etdiyi ərazilərə keçməsi haqqında faktlar yayımlanır. İranın Azərbaycanakı səfirliyi isə hələ də məsələ ilə bağlı heç bir tutarlı cavab verməyib.
Ehtimal olunur ki, bu şəxslər vasitəsilə İran sözügedən raketlərin bir hissəsini Qarabağdakı separatçı-terrorçu dəstələrə də ötürüb.
Yayılan məlumatların əhəmiyyətini nəzərə alaraq İran tərəfi həm Ermənistana raket hədiyyəsi, həm də Qarabağa göndərdiyi dəstələr haqda xəbərlərə gec-tez aydınlıq gətirməlidir.