İspaniyanın Kataloniya bölgəsində iki qatarın toqquşması nəticəsində 150-dən çox insan yaralanıb.
Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, xəsarət alanların 5-nin vəziyyəti orta ağırdır.
Hadisə yerində xilasetmə xidməti işləyir. Xəsarət alanların sayı dəqiqləşdirilir.
Qəzanın Monkada-i-Reşak şəhərinin dəmiryolu vağzalında baş verdiyi deyilir.