Böyük Britaniyanın nüfuzlu “Financial Times” nəşri Ukrayna Prezidenti Volodimir Zelenskini “İlin adamı” elan edib.
Xezerxeber.az xəbər verir ki, bu barədə nəşrin tviter hesabında məlumat yayılıb.
Qeyd olunub ki, Zelenski “Rusiya təcavüzünə qarşı mübarizədə Ukrayna xalqının igidlik və sarsılmazlıq təcəssümünə çevrilib. Onun Kiyevdə qalmaq, təxliyə barədə təkliflə razılaşmamaq qərarı müharibənin ən mühüm anlarından biri olub.