Xəzər Xəbər

İlyas Hüseynov: Urmiya gölünün qurudulması siyasi prosesdir

Dünya | 12:21 • 30 Noyabr 2022
İlyas Hüseynov: Urmiya gölünün qurudulması siyasi prosesdir

Urmiya gölünün qurudulması siyasi bir prosesdir. Bu, birbaşa ekoloji terrordur. Çünki İranda ciddi anti-Azərbaycan siyasəti aparılır. Orada ölkəmizə qarşı müxtəlif tədbirlər də keçirilir.

Xezerxeber.az xəbər verir ki, bu fikirləri “Urmiya gölünün harayı” adlı dəyirmi masada Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri politoloq İlyas Hüseynov söyləyib.

Politoloq qeyd edib ki, İran cənubda azərbaycanlıların ana dilində təhsil almalarına mane olmaqla bərabər, ölkəmizə qarşı müxtəlif formada təhdidlər də törədir. Bu ölkə narkotik alverindən Yaxın Şərqdəki terrorçuların saxlanılması üçün istifadə edirdi.

“İranda olan azərbaycanlıların təhlükəsizliyi bizim üçün çox önəmlidir. Həmçinin Urmiya gölü ilə bağlı ekoloji problemlərin də həlli vacib əhəmiyyətə malikdir”, - deyə İlyasov Hüseynov bildirib.

Xəbər lenti