Ukraynanın Xerson şəhərinin ilk 100 sakini təxliyə olunaraq qatarla Xmelnitskiyə yola salınıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Ukraynanın Reinteqrasiya Nazirliyi məlumat yayıb.
Təxliyə olunan insanlardan 26-sı uşaq, 7-si yataq xəstəsi, 6-sı isə hərəkət qabiliyyəti məhdud olan şəxslərdir.
Xatırladaq ki, Ukrayna hökuməti bir müddət əvvəl Xerson əhalisinin bir hissəsinin təxliyə olunacağını bildirmişdi.