Xəzər Xəbər

Böyük Britaniyanın xarici işlər naziri Kiyevə gəlib

Dünya | 15:14 • 25 Noyabr 2022
Böyük Britaniyanın xarici işlər naziri Kiyevə gəlib

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli bu gün Kiyevə səfər edib.

Xezerxeber.az "Ukrinform" agentliyinə istinadla xəbər verir ki, Ceyms Kleverli Ukraynalı həmkarı Dmitro Kuleba ilə görüşdə Britaniyanın Ukraynanı dəstəkləməyə davam edəcəyi bildirib. O, həmçinin məktəblərin təmiri və təcili tibbi yardım maşınları parkının genişləndirilməsi üçün Londonun Kiyevə 3 milyon funt-sterlinq həcmində yeni yardım ayıracağını deyib.

Noyabrın 19-da Kiyevə səfər edən Böyük Britaniyanın Baş naziri Rişi Sunak Londonun Ukraynaya 125 zenit topu, həmçinin hava hücumundan müdafiəni gücləndirmək və pilotsuz uçuş aparatları ilə mübarizə aparmaq üçün xüsusi texnika verəcəyini elan edib.

Böyük Britaniya bundan öncə Kiyevə modernizə edilmiş yüksək dəqiqlikli “Brimstone 2” raketləri, 7 minə yaxın tank əleyhinə NLAW raket kompleksi, 100-dən çox zirehli texnika, “Starstreak” raketləri ilə təchiz edilən “Stormer” özüyeriyən zenit qurğuları, onlarla M109 haubitsası və yedəkli L119 topları, M270 yaylım atəş sistemləri, 16 mindən çox artilleriya mərmisi və 4,5 ton plastik partlayıcı göndərib. Həmçinin Böyük Britaniya hökumətinin Ukraynaya ABŞ-ın NASAMS zenit-raket kompleksləri üçün orta mənzilli AIM-120 raketləri tədarük edəcəyi məlum olub.

Xəbər lenti