Xəzər Xəbər

Hava çirklənməsi 238 min avropalının ölümünə səbəb olub

Dünya | 13:25 • 24 Noyabr 2022
Hava çirklənməsi 238 min avropalının ölümünə səbəb olub

Havanın nanozərrəciklərlə çirklənməsi 2020-ci ildə Avropa İttifaqında 238 000 nəfərin ölümünə səbəb olub. 

“Le Matin” saytının yaydığı xəbərə görə, bu statistikanı Avropa Ətraf Mühit Agentliyi yayıb.

Agentlik bildirir ki, ÜST-nin müəyyən etdiyi normadan artıq olan nanozərrəciklər 238 000 avropalının vaxtından əvvəl ölümünə səbəb olub. 2019-cu illə müqayisədə ekoloji vəziyyətin pis olmasına görə ölənlərin sayı 231 000 nəfər olub. 2005-ci illə müqayisədə ekoloji problemlərə görə həyatını vaxtından əvvəl itirənlərin sayı 45% azalıb. 1990-cı ildə isə Aİ-nin 1 milyon vətəndaşı nanozərrəciklərin normadan artıq olmasına görə dünyasını dəyişib.

Xəbər lenti

Çox oxunanlar