ABŞ-ın sabiq prezidenti Donald Trampın tviterdəki səhifəsi şənbə günü İlon Maskın siyasətçinin sosial şəbəkədəki hesabının blokdan çıxarılacağını elan etməsindən dərhal sonra bərpa olunub.
Xezerxeber.az xarici KİV-ə istinadla xəbər verir ki, Trampın 2009-cu ilin martında yaradılan səhifəsindəki bütün yazıları saxlanılır. Son mesaj 2021-ci il 8 yanvar tarixində yazılıb.
Cümə günü Mask tviter istifadəçilərinə Trampın hesabını blokdan çıxarıb-çıxarmamaq barədə sorğu ünvanlayıb. Sorğuda 15 milyona yaxın istifadəçi iştirak edib. Respondentlərin 51,8 faizi blokun açılmasının lehinə, 48,2 faizi əleyhinə səs verib.
Eyni zamanda, Donald Tramp şənbə günü verdiyi açıqlamada sorğunun nəticələrindən asılı olmayaraq, sosial şəbəkəyə qayıtmaq fikrində olmadığını bildirib.