İşğaldan azad olunmuş Xarkov, Donetsk və Luqansk vilayətlərində öldürülmüş ukraynalıların 700-dən çox meyiti tapılıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Ukraynanın ədliyyə naziri Andrey Kostin məlumat verib.
“İşğaldan azad olunmuş Xarkov, Donetsk və Luqansk vilayətlərində 2 ayda 700-dən çox meyit aşkar edilib. Onlardan 90%-i mülki şəxslərdir. İnsanlara işgəncə verilən 20 yer aşkar edilib”, - deyə nazir qeyd edib.