Xəzər Xəbər

Hansı Aİ ölkələrinin tibb sektorları yeni çağırışlara daha yaxşı hazırdır?

Dünya | 16:33 • 19 Noyabr 2022
Hansı Aİ ölkələrinin tibb sektorları yeni çağırışlara daha yaxşı hazırdır?

Əhalinin qocalması, xroniki xəstəliklərin artması, infeksiyalarla bağlı məhdudiyyətlər – dünya ölkələrinin çoxunda səhiyyə sistemi bu cür çağırışlarla üzləşir. Bəs tibb sektorunun işçiləri bu çağırışlara nə dərəcədə hazırdırlar? Riskləri vaxtında qiymətləndirməyə və bu risklərin cəmiyyətə mənfi təsirinin minimuma endirilməsini təmin etməyə hazır olmamaq hansı gözlənilməz problemlərə səbəb ola bilər?

Bu və digər oxşar suallara cavab tapmaq məqsədilə “Vışeqrad qrupu” ölkələrində (V4 – Çexiya, Slovakiya, Macarıstan və Polşa), həmçinin Mərkəzi və Şərqi Avropanın həmhüdud dövlətlərində xüsusi təhlil aparılıb.

Səhiyyə sahəsinin gələcək çağırışlara hazırlığı baxımından 10 ölkədə aparılmış tədqiqatın nəticələrinə görə Sloveniya liderlik edir, Bolqarıstan və Rumıniya axırıncı, Çexiya Respublikası isə ikinci yeri tutub.

Vışeqrad qrupu ölkələri arasında Slovakiya sonuncu yerdədir. Profilaktik səhiyyə üçün mövcud iqtisadi potensial baxımından Slovakiya V4 qrupu üzrə tərəfdaşları və Aİ ölkələri ilə müqayisədə orta hesabla daha az vəsait sərf edir.

Avropa İttifaqı üzrə ən yaxşı nəticələr Norveçdə qeydə alınıb. Tədqiqatda səhiyyə işçilərinin sayı, qarşısı alına bilən ölüm halları və gözlənilən orta ömür haqqında əlçatan informasiyadan istifadə edilib. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar