Xəzər Xəbər

Si Cinpin: Çin-ABŞ münasibətləri sağlam və sabit məcraya qaytarılmalıdır

Dünya | 15:16 • 19 Noyabr 2022
Si Cinpin: Çin-ABŞ münasibətləri sağlam və sabit məcraya qaytarılmalıdır

Çinin sədri Si Cinpin ÇXR və ABŞ-ın qarşılıqlı anlaşmanı gücləndirəcəklərini, ikitərəfli münasibətlərin sağlam və sabit məcraya qayıtmasına yardım etmək üçün birlikdə çalışacaqlarna ümidvar olduğunu bildirib

AZƏRTAC Çin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, bunu ÇXR-in sədri şənbə günü Banqkokda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı forumu çərçivəsində ABŞ-ın vitse-prezidenti Kamala Harrislə görüşündə deyib.

"Ümid edirəm ki, hər iki tərəf qarşılıqlı anlaşmanı möhkəmləndirməyə, anlaşılmazlıqları və yanlış mühakimələri azaltmağa və Çin-ABŞ münasibətlərini sabit və sağlam məcraya qaytarmağa kömək etmək üçün birlikdə çalışacaq", - deyə Si Cinpin vurğulayıb. O, həmçinin ümid etdiyini bildirib ki, vitse-prezident Kamala Harris bu məsələdə konstruktiv rol oynayacaq.

ÇXR sədri Si Cinpin və ABŞ Prezidenti Co Bayden bazar ertəsi günü Balidə görüşüblər. Üç saat yarım davam edən danışıqlarda liderlər ikitərəfli münasibətləri, Ukrayna və Tayvan ətrafındakı vəziyyəti müzakirə edib, həmçinin dövlət katibi Entoni Blinkenin Çinə səfəri ilə bağlı razılığa gəliblər.

Xəbər lenti

Çox oxunanlar