ABŞ Prezidenti Co Bayden ad gününü noyabrın 20-də ailəsi ilə qeyd etmək niyyətindədir.
Xezerxeber.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu Ağ evin mətbuat katibi Karin Jan-Pyer cümə günü keçirdiyi növbəti brifinqdə bildirib.
“Birinci ledi bazar günü prezidentin ad gününü ailəsi ilə qeyd etmək üçün səhər yeməyi hazırlayacaq. Adətən bunu Şükranlıq günündən əvvəlki çərşənbə günü qeyd edirlər. Amma həftəsonu ailəsi burada olacağı üçün onun ad gününü də qeyd etmək imkanı olacaq”, – mətbuat katibi Baydenin ad gününü necə qeyd edəcəyi barədə sualı belə cavablandırıb.
Noyabrın 20-də Co Baydenin 80 yaşı tamam olacaq. Şükranlıq günü isə ABŞ-da bu il noyabrın 24-də qeyd olunur.