Xəzər Xəbər

“Arabnews”: İran öz səhvlərindən diqqəti yayındırmaq üçün qonşuları ilə münasibətləri gərginləşdirir

Dünya | 15:07 • 18 Noyabr 2022
“Arabnews”: İran öz səhvlərindən diqqəti yayındırmaq üçün qonşuları ilə münasibətləri gərginləşdirir

Səudiyyə Ərəbistanının ingilis dilində nəşr olunan nüfuzlu “Arabnews” qəzetində Beynəlxalq İran Tədqiqatları İnstitutunun prezidenti, professor Muhammed Al Sulaminin “İran öz səhvlərindən diqqəti yayındırmaq üçün qonşuları ilə münasibətləri gərginləşdirir” sərlövhəli analitik məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Tehranın Dubayda keçirilən çimərlik futbolu matçında İranda nümayişləri dəstəkləyən şüarlar səsləndiyi üçün Birləşmiş Ərəb Əmirlikləri, mediada molla rejiminin yanlış siyasətinin ifşa edilməsinə maliyyə dəstəyi göstərməsi kimi əsassız iddia ilə Səudiyyə Ərəbistanı, həmçinin İraq, Pakistan, Tacikistan, Əfqanıstan və Azərbaycan əleyhinə saxta ittihamları İran Prezidenti İbrahim Rəisinin hakimiyyətə gəldiyində qonşularla əlaqələri yaxşılaşdıracağına dair bəyanatı ilə ziddiyyət təşkil edir. İran rejiminin bu aqressiv davranışının əsas məqsədi isə diqqəti daxildə baş verən mürəkkəb proseslərdən yayındırmaqdır.

Müəllif diqqətə çatdırıb ki, region ölkələrinin, o cümlədən Səudiyyə Ərəbistanının son illər münasibətlərin normallaşdırılması istiqamətində atdığı konstruktiv addımlara rəğmən, rəsmi Tehran onlara qarşı yeni əsassız ittihamlar irəli sürür. Ən təəccüblüsü isə ondan ibarətdir ki, İran rejimi ölkə daxilindəki bütün ağır sosial-iqtisadi problemləri öz qonşuları ilə əlaqələndirir.

İranın qonşu Azərbaycanla münasibətlərindəki son prosesləri şərh edən Al-Sulami yazıb: “Qeyd etmək vacibdir ki, İran qonşularının ünvanına ittihamlarla çıxış edərək fəal hərəkətlər edərkən, bu halda ermənipərəst mövqe sərgiləyərək Azərbaycanla həmsərhəd olan şimal əyalətlərində hərbi təlimlər keçirir və qarşı tərəfin onun bu əməlinə passiv qalmasını gözləyə bilməz”.

Xəbər lenti

Çox oxunanlar