Xəzər Xəbər

AEBA Rusiyaya qarşı yeni qətnamə qəbul etdi

Dünya | 14:13 • 18 Noyabr 2022
AEBA Rusiyaya qarşı yeni qətnamə qəbul etdi

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) Ukraynadakı atom elektrik stansiyaları (AES) ilə bağlı Rusiyaya qarşı yeni və sayca üçüncü qətnamə qəbul edib.

Xezerxeber.az xəbər verir ki, qətnamədə Rusiyadan Ukraynanın Zaporojye AES ərazisindən öz əsgər və digər xidməti heyətlərini dərhal geri çəkmək tələb olunur. Eyni zamanda Rusiyaya həmin AES və Ukraynadakı digər nüvə reaktorlarına qarşı və onların ərazisindəki fəaliyyətləri dayandırmağa çağırış edilib. AEBA qətnaməsində indiyədək Rusiyanın ona ünvanlanan çağırışlara əməl etməməsindən narahatlıq ifadə edilib.

AEBA İdarəçilər Şurasının Kanada və Finlandiyanın təşəbbüsü ilə qəbul etdiyi qətnamənin lehinə 35 üzvdən 24-ü səs verib. Çin və Rusiya qətnamənin əleyhinə səs verib, digər üzvlər isə bitərəf qalıblar.

Qeyd edilməlidir ki, rəsmi Kiyev və Moskva Zaporojye AES-ə və onun ətrafına hücumlarla bağlı qarşılıqlı olaraq ittihamlar irəli sürürlər. AEBA-nın yeni qətnaməsinin hansısa dəyişikliyə səbəb olacağı ehtimalı sual altındadır. Belə ki, bu qətnamələr tələb xarakteri daşıyır, təşkilatın və onun İdarəçilər Şurasının bu qətnamələrin icrasını təmin etmək imkanı yoxdur.

Xəbər lenti

Çox oxunanlar