Rusiyanın Başqırdıstan Respublikasında şəxsi evdə baş vermiş yanğın nəticəsində bir ailənin 7 üzvü həlak olub.
Hadisə Başqırdıstanın Sterlitamak rayonunun Matveyevka kəndində qeydə alınıb.
Yanğın söndürüldükdən sonra evdə ailənin 7 üzvünün, o cümlədən 5 uşağın meyitləri tapılıb.
Məlumata görə, ailə öz övladlarından başqa daha 4 uşağı övladlığa götürüb. Hadisə zamanı ailə başçısı iki azyaşlını – 5 yaşlı Arslan və Boqdan əkiz qardaşlarını xilas etsə də, özü həlak olub. (Modern.az)