Fevral ayından bəri Ukraynanın infrastrukturuna dəymiş ziyan 100 milyard dollar dəyərində, bəlkə daha çox qiymətləndirilə bilər.
Xezerxeber.az xəbər verir ki, bunu Ukraynanın maliyyə naziri Sergey Marçenko cümə günü "Bloomberg TV"nin efirində bildirib.
Onun sözlərinə görə, ölkənin ifrastrukturu hər gün hücuma məruz qaldığı üçün bütün zərəri qiymətləndirmək çətindir.
Böhranların idarə edilməsi üzrə Avropa komissarı Janez Lenarçiç bir müddət əvvəl bildirmişdi ki, Ukraynanın enerji infrastrukturuna dəyən ziyan kritik həddə yaxınlaşır, ona görə də Avropa İttifaqı ölkənin enerji təchizatını dəstəkləmək üçün aramsız çalışır.
Bazar ertəsi günü BMT Baş Assambleyasının xüsusi sessiyasında Rusiyanın Ukraynaya vurduğu zərərin beynəlxalq reyestrinin tərtib edilməsi, habelə itkilərin kompensasiyası mexanizminin yaradılmasının zəruriliyi barədə qətna