İstanbulun İstiqlal prospektində törədilən terror aktı ilə bağlı hakim qarşısına çıxarılan 17 şübhəli həbs edilib. Onların arasında qanlı hadisəni həyata keçirən terrorçu Əhlam Əlbəşir də var.
Xezerxeber.az xəbər verir ki, hadisə ilə bağlı bugünədək 51 şübhəli saxlanılıb.
Partlayışla əlaqədar İstanbul Respublika Baş Prokurorluğunun başlatdığı istintaqa ikisi baş prokurorun muavini olmaqla on prokuror cəlb edilib.
Xatırladaq ki, noyabrın 13-də İstanbulun Taksim meydanı yaxınlığındakı İstiqlal prospektində terror aktı törədilib. Hadisə nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb.