Xəzər Xəbər

Dünyanın ən böyük diaspora malik ölkələri SİYAHI

Dünya | 13:12 • 18 Noyabr 2022
Dünyanın ən böyük diaspora malik ölkələri

Bosniya və Herseqovina ən böyük diaspora malik ölkələr siyahısında ikinci yerdə qərarlaşıb.

Xezerxeber.az xəbər verir ki, “Forbes” jurnalı əhalisinin sayına görə ən böyük diaspora malik ölkələrin siyahısını dərc edib. Siyahıda ilk sırada Qayana qərarlaşıb. Əhalisinin 34 faizi digər ölkələrdə yaşayan Bosniya və Herseqovina ikinci, əhalisinin 30 faizi mühacirətdə olan Albaniya isə üçüncü sırada yer alıb.

Bildirilir ki, Bosniya və Herseqovinanın böyük diaspora malik olmasının səbəbi 1992-95-ci illərdə baş verən müharibə, Albaniyanın isə 40 il müddətində kommunizm və beynəlxalq təcrid dövrü keçirməsidir.

Siyahıda dördüncü sırada isə 8 milyon vətəndaşı başqa ölkələrdə yaşayan Suriya yer alıb.

Qeyd edək ki, 151 ölkənin yer aldığı siyahıda sonuncu pillədə əhalisinin cəmi 1 faizi başqa ölkələrdə yaşayan ABŞ qərarlaşıb.

Xəbər lenti

Çox oxunanlar