Almaniyanın "Siemens" konserni Rusiya Federasiyasındakı bütün maliyyə və lizinq biznesini satıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə konsernin dərc olunan rüblük hesabatında deyilir.
"Siemens 2022-ci maliyyə ilinin dördüncü rübünün sonunda (1 iyul - 30 sentyabr) Rusiyadakı bütün maliyyə və lizinq biznesini satıb", - deyə hesabatda bildirilir.
"Siemens AG" konserni informatika və rabitə, avtomatlaşdırma və idarəetmə sistemləri, energetika, nəqliyyat və səhiyyə kimi sahələrdə fəaliyyət göstərən elektronika və elektrik texnikası üzrə aparıcı istehsalçılardan biridir. Hazırda konserndə 114 mini Almaniyada olmaqla, bütün dünyada 342 minə yaxın işçi çalışır.