Rusiya hərbçilərinin Ukraynanın Zaporojye vilayətinin Volnyansk rayonunun yaşayış məntəqələrindən birinə raket zərbəsi endirməsi nəticəsində mülki obyektlər dağılıb, ölənlər var.
“RBK Ukraina” xəbər yayıb ki, bu barədə vilayətin hərbi administrasiyasının başçısı Aleksandr Starux bildirib.
Onun sözlərinə görə, üç raket mülki obyektə düşüb: “İkimərtəbəli yaşayış binası dağılıb. Dağıntılar altında insanlar qalıb. Onlardan ikisi ölüb".