İstanbulun İstiqlal prospektində terror aktının törədilməsinə kömək etdiyi aşkarlana Hüsam A. adlı terrorçu Suriyanın Azez bölgəsində saxlanılıb.
Xezerxeber.az xəbər verir ki, terror aktını törədən və sonradan saxlanılan Əhlam Əlbəşirlə əlaqəsi olan şəxslərin Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən tutulması istiqamətində işlər davam etdirilir.
İstanbul Terrorla Mübarizə Şöbə Müdirliyi qrupları hadisənin törədilməsinə kömək edən kod adı Hüsam olan terrorçunun Suriyaya qaçdığını müəyyən ediblər. Bununla bağlı Suriyadakı Türkiyə polis qruplarına məlumat verilib. Terrorçunun saxlanılması istiqamətində keçirilən uğurlu əməliyyatla adıgedən şəxs ələ keçirilib.
Bununla da törədilən terror akt ilə bağlı saxlanılanların sayı 51-ə çatıb.
Xatırladaq ki, noyabrın 13-də İstanbulun Taksim meydanı yaxınlığındakı İstiqlal prospektində terror aktı törədilib. Hadisə nəticəsində altı nəfər ölüb, 81 nəfər yaralanıb.