Koreya Xalq Demokratik Respublikası (KXDR) noyabrın 17-də Yapon dənizi istiqamətində qısamənzilli ballistik raket buraxıb.
Xezerxeber.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla məlumat yayıb. Raketlərin Şimali Koreyanın şərq sahilində yerləşən Vonsan şəhərindən yerli vaxtla saat 10:50 radələrində buraxıldığı bildirilir.
Bu, ABŞ, Cənubi Koreya və Yaponiya liderlərinin Kambocada keçirilmiş üçtərəfli görüşündə Prezident Cozef Baydenin müttəfiqlərin müdafiəsi üçün bütün hərbi imkanlardan istifadə olunacağı ilə bağlı bəyanatından sonraya təsadüf edir.
Qeyd edək ki, Pxenyan sentyabrın 25-dən bəri 40-dan çox müxtəlif tip, o cümlədən qısa və ortamənzilli raket buraxıb.