Böyük Britaniya Baş nazirinin müavini və ədliyyə katibi Dominik Raab özü haqqında araşdırılma aparılmasını tələb edib.
Xezerxeber.az xarici mediaya istinadən xəbər verir ki, Raab Baş nazir Rişi Sunaka məktub yazaraq iki şikayətə görə özü haqqında araşdırma tələb edib. O, şikayətlərin müstəqil araşdırılmasını xahiş edib. Şikayətlərdən biri xarici işlər naziri, digəri isə Boris Consonun ədliyyə katibi olduğu dövrlə bağlıdır. Şikayətlərə səbəb isə Raabın işçilərə pomidor atması və onlara qarşı kobudluq etməsi olub.
Sunak araşdırmanın aparılmasına razılıq verib.