Xorvatiyanın Müdafiə Nazirliyi 14 ədəd Mi-8 və Mi-8 MTV helikopterlərinin Ukraynaya verilməsi ilə bağlı razılığa gəlib.
Xezerxeber.az Ukrayna KİV-nə istinadla xəbər verir ki, sovet və rus istehsalı olan helikopterlər 2026-cı ilə qədər istismardan çıxarılacaq. Artıq əsaslı təmir işləri aparılmayacaq.
Xorvatiya rəhbərliyi “Black Hawk” helikopterlərinin satışı ilə bağlı razılığa gəlmək üçün ABŞ-la məsləhətləşmələr aparıb. Onlar Ukraynaya veriləcək Mi-8-i əvəz etməyi planlaşdırırlar.