Xəzər Xəbər

İsveç Ukraynaya 280 milyon avrodan çox yeni hərbi yardım göstərəcək

Dünya | 17:32 • 16 Noyabr 2022
İsveç Ukraynaya 280 milyon avrodan çox yeni hərbi yardım göstərəcək

İsveç Ukraynaya indiyə qədər ən böyük hərbi yardım paketinin ayrılmasını elan edib.

Stokholmda baş tutan xüsusi mətbuat konfransında ölkənin Baş-naziri Ulf Kristersson bildirib ki, İsveç Ukraynaya 3 milyard kron (280 milyon avrodan çox) dəyərində yeni hərbi yardım göstərəcək.

Kristersson mətbuat konfransında deyib: “Bu, tərəfimizdən ayrılan əvvəlki səkkiz paketin hamısından daha böyük hərbi dəstək paketidir. Beləliklə, bu, bizim verdiyimiz ən böyük dəstəkdir və biz Ukrayna tərəfinin indi ehtiyac duyduqları silah növlərinin prioritet siyahısına uyğun qərar qəbul etmişik”.

Öz növbəsində İsveçin müdafiə naziri Pal Jonson bildirib ki, yeni hərbi texnika paketinə son həftələrdə Rusiya raketlərinin şiddətli hücumundan Ukraynanı müdafiə etmək üçün lazım olan hava hücumundan müdafiə sistemi və silahlı qüvvələrin anbarlarından olan sursatlar daxildir.

Lakin hansı növ silahların Ukrayna tərəfinə veriləcəyi açıqlanmayıb.

Ukrayna məsələsi ilə yanaşı, Ulf Kristersson, həmçinin bildirib ki, hökumət çərşənbə axşamı Ukrayna sərhədi yaxınlığında Polşada baş verən raket partlayışı ilə bağlı hadisələri diqqətlə izləyir və hadisə ilə bağlı daha aydın təsəvvür əldə etmək üçün əlavə məlumat tələb olunur.

Xəbər lenti

Çox oxunanlar