Misir Prezidenti Əbdülfəttah əs-Sisi Aralıq dənizindəki süni adada Yeni Abbu Qir adlı şəhərin salınması planını təsdiq edib.
Bu barədə “Egypttoday” dövlət qəzeti məlumat yayıb.
İsgəndəriyyə şəhərinin şərqində salınacaq yeni şəhərin təhsil, turizm və əyləncə mərkəzi olacağı bildirilir. Misir hökuməti bu nəhəng beynəlxalq layihəni beynəlxalq tərəfdaşlarla birgə həyata keçirəcək. Yeni şəhərə elektrik qatarlarının hərəkəti də təmin olunacaq, eyni zamanda, İsgəndəriyyə-Qahirə avtomagistral yolu rekonstruksiya ediləcək. Bu məqsədlə Avropa Yenidənqurma və İnkişaf Bankı Misir hökumətinə 250 milyon avro, Avropa İnvestisiya Bankı 750 milyon avro, Asiya İnfrastruktur İnvestisiya Bankı 200 milyon avro vəsait ayıracaq. (AZƏRTAC)