Xəzər Xəbər

Polşadakı partlayışın səbəbi bilindi

Dünya | 14:32 • 16 Noyabr 2022
Polşadakı partlayışın səbəbi bilindi

ABŞ Prezidenti Co Bayden G7 və NATO-dan olan tərəfdaşları ilə görüşdə Polşadakı partlayışların Ukrayna hava hücumundan müdafiə raketi ilə əlaqəli olduğunu bildirib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Reuters agentliyi NATO-dakı mənbəyə istinadla məlumat yayıb.

Çərşənbə günü G7 ölkələrinin və bir sıra NATO dövlətlərinin liderləri G20 sammiti çərçivəsində Polşaya raket düşməsi ilə bağlı təcili iclas keçiriblər.

Xatırladaq ki, dünən Polşanın Ukrayna ilə sərhədi yaxınlığındakı ərazidə baş verən partlayışlar nəticəsində iki nəfər həlak olub.

Xəbər lenti

Çox oxunanlar