Çərşənbə axşamı ABŞ Maliyyə Nazirliyi İranda pilotsuz uçuş aparatlarının istehsalı və onların Rusiyaya çatdırılması ilə məşğul olan firmalara qarşı əlavə sanksiyalar tətbiq edildiyini bildirib.
Bu sanksiyalar aviasiya ilə bağlı bir neçə şirkətə və “Vaqnerin qrupu tərəfindən İrandan pilotsuz uçuş aparatları alınmasına şərait yaratmış” iki nəfərə - Abbas Cüməyə və Tiqran Xristoforoviç Srabionova qarşı yönədilib.
Maliyyə naziri Canet Yellenin bəyanatında deyilir: “Biz dəfələrlə göstərmişik ki, belə adamların və şirkətlərin harada olmasından asılı olmayaraq Birləşmiş Ştatlar onlara qarşı sanksiyalar tətbiq etmək əzmindədir.
Ötən ay ABŞ İran istehsalı olan pilotsuz uçuş aparatlarının Rusiyaya çatdırılmasında iştirak edən bir aviadaşıyıcıya qarşı sanksiyalar tətbiq edib. Ukraynada münaqişədə mühüm rol oynamış belə pilotsuz uçuş aparatları potensial hədəf kimi müəyyən edilmiş rayonda bir müddət havada fırlanaraq düşmənin obyektini aşkar edir və yalnız bundan sonra ona zərbələr endirə bilir. (AZƏRTAC)