Ermənistan Müdafiə Nazirliyi əməkdaşlarının rüşvət alması faktı üzrə istintaq araşdırmaları nəticəsində 4 nəfər həbs edilib.
Bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin xəbərinə görə, ümumilikdə 3500 ABŞ dolları rüşvət qarşılığında MN əməkdaşları tərəfindən hərbçilərin müxtəlif vəzifələr təyinatı barədə təqdimatlar verilib.
Faktla bağlı istintaq araşdırması davam edir.