Rusiyanın açıqlamalarına hörmətlə yanaşmalıyıq. Rusiyanın “bizimlə əlaqəsi yoxdur”,- deməsi bizim üçün önəmlidir. Baydenin raketlərin Rusiya istehsalı olmadığı barədə açıqlaması hadisənin Rusiya ilə əlaqəsinin olmadığını göstərməkdədir. Araşdırmalar vacibdir.
Xezerxeber.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyanın Bali adasında təşkil olunan G20 (Böyük İyirmilik) ölkələrinin liderlərinin sammiti çərçivəsində keçirdiyi mətbuat konfransında Polşa ərazisinə düşən raketlərlə bağlı sualı cavablandırarkən ifadə edib.
Türkiyənin sülh üçün səylər göstərdiyini, müharibədən heç kəsin qazanmadığını bir daha təkrar edən dövlət başçısı qlobal məsələlərlə bağlı Türkiyənin sərgilədiyi mövqelərin dəyişməz olduğunu diqqətə çatdırıb. Prezident Rəcəb Tayyib Ərdoğan G20 çərçivəsində İndoneziya sammitində müzakirə olunan məsələlərin qlobal xarakterini yüksək dəyərləndirib.