Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon əlaqəsi saxlayacaq.
Xezerxeber.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammitinin yekunları barədə mətbuat konfransında çıxışı zamanı bildirib.
“Türkiyəyə qayıdan kimi onunla danışacam. Bildiyiniz kimi, sülhə gedən yol dialoqdan keçir. Danışıq zamanı “Taxıl sazişi”nin uzadılması məsələsi də müzakirə olunacaq".
Ərdoğan həmçinin bildirib ki, telefon danışığı zamanı Rusiya istehsalı olan gübrə və ammiakın daşınması məsələsi də müzakirə mövzusu olacaq.