Xəzər Xəbər

NATO və G7 Rusiyanın Ukraynaya hücumunu pisləyir

Dünya | 09:44 • 16 Noyabr 2022
NATO və G7 Rusiyanın Ukraynaya hücumunu pisləyir

NATO və G7-yə üzv olan ölkələr Rusiyanın Ukrayna şəhərlərinə və infrastruktur obyektlərinə barbar hücumlarını pisləyir.

Xezerxeber.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen rəsmi tviter səhifəsində bildirib.

Həmçinin qeyd edib ki, Polşa ilə sərhəddə baş vermiş raket partlayışı məsələsində Polşanın yanındadırlar: “Biz gələcək addımlarımızı müəyyənləşdirmək üçün araşdırma başlayandan etibarən tərəfdaşlarımızla sıx əlaqədəyik. Biz birlikdəyik”.

Xəbər lenti

Çox oxunanlar