Xəzər Xəbər

ABŞ və Polşa müdafiə nazirləri NATO-nun təhlükəsizliyini müzakirə ediblər

Dünya | 09:35 • 16 Noyabr 2022
ABŞ və Polşa müdafiə nazirləri NATO-nun təhlükəsizliyini müzakirə ediblər

ABŞ-nin müdafiə naziri Lloyd Ostin və Polşanın müdafiə naziri Mariuş Blaşzak arasındada telefon danışığı olub.

Bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, tərəflər NATO-nun şərq cinahı boyunca mövcud təhlükəsizlik vəziyyətini, həmçinin Polşa ərazisinə raket zərbəsi endirilməsi ilə bağlı xəbərləri müzakirə ediblər.

Lloyd Ostin həmkarını ABŞ-nin Polşanı müdafiə etmək öhdəliyinə və Müdafiə Nazirliyinin Polşaya insidentlə bağlı istənilən təhqiqatda yardım etməyə hazır olduğuna əmin edib: "Tərəflər növbəti addımlar üçün NATO müttəfiqləri ilə sıx əməkdaşlıq etmək barədə razılığa gəliblər".

Xəbər lenti

Çox oxunanlar