Xəzər Xəbər

NATO-nun Baş katibinin Polşa Prezidenti ilə telefon danışığı olub

Dünya | 08:21 • 16 Noyabr 2022
NATO-nun Baş katibinin Polşa Prezidenti ilə telefon danışığı olub

NATO-nun Baş katibi Yens Stoltenberqin Polşa Prezidenti Andjey Duda ilə telefon danışığı olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Alyansın başçısı “Twitter”də bildirib.

“Prezident Duda ilə Polşadakı partlayışla bağlı danışdım. İnsan itkisinə görə başsağlığı verdim. NATO vəziyyəti izləyir və müttəfiqlər yaxından məsləhətləşmələr aparır. Bütün faktların müəyyən edilməsi vacibdir”, - Stoltenberq vurğulayıb.

Xəbər lenti

Çox oxunanlar