Polşa mətbuatının və rəsmilərinin “Rusiya” raketlərinin Pşevodov yaşayış məntəqəsi ərazisinə guya düşməsi ilə bağlı bəyanatları vəziyyəti gərginləşdirmək üçün qəsdən törədilmiş təxribatdır.
Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, Ukrayna-Polşa sərhədi yaxınlığındakı ərazilərə Rusiya silahlarından heç bir zərbə endirilməyib və Polşa mediasının hadisə yerindən yaydığı qalıqların fotoşəkillərinin Rusiya silahları ilə heç bir əlaqəsi yoxdur.