Polşanın Pşevoduv kəndində partlayış olub. Nəticədə 2 nəfər ölüb, yaralananlar var.
Polşa mətbuatı xəbər yayıb ki, Pşevoduv kəndi Ukrayna ilə sərhəddən 5 kilometr məsafədə yerləşir.
NATO üzvü olan Polşanın ərazisindəki partlayışın Rusiyanın Ukraynaya bugünkü genişmiqyaslı raket hücumu ilə əlaqədar olduğu ehtimal edilir.
Hökumətin sözçüsü Pyotr Müller tviterdə Baş nazir Mateuş Moravietskinin Milli Təhlükəsizlik Bürosunun təcili iclasını çağırdığını bildirib.