Polşa ərazisinə düşən raketlər Rusiya istehsalıdır.
Xezerxeber.az xəbər verir ki, bu barədə Polşanın Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edək ki, Polşadakı partlayış zamanı 2 nəfər ölüb, yaralananlar var.
NATO üzvü olan Polşanın ərazisindəki partlayışın Rusiyanın Ukraynaya genişmiqyaslı raket hücumu ilə əlaqədar olduğu ehtimal edilir.