Bu gün Kiyevin ardınca Ukraynanın bütün regionlarında elektrik enerjisinin fövqəladə kəsilməsi başlayıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko Vitali Kliçko məlumat verib.
"Energetiklər bütün Ukraynada, eləcə də paytaxtda işığı fövqəladə surətdə kəsməyə başlayıblar. Bu, enerji sisteminin balanslaşdırılmasına və avadanlıqların sıradan çıxmasının qarşısını almağa yönəlmiş zəruri addımdır", - Kliçko "Telegram" kanalında belə yazıb.
Paytaxt merinin sözlərinə görə, Kiyevdə istehlakçıların ən azı yarısı işıqsız qalıb.
Çərşənbə axşamı günü Ukraynanın bütün regionlarında hava həyəcanı elan edilib.