İstanbulun Taksim meydanı, İstiqlal küçəsində törədilən terror aktı ilə əlaqədar daha 2 şəxs saxlanılıb.
Xezerxeber.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib.
Bununla da, hadisə ilə bağlı saxlanılanların sayı 50-yə yüksəlib.
Qeyd edək ki, partlayıcı maddəni yerləşdirməkdə şübhəli bilinən suriyalı Əhlam Əlbəşirin qaldığı evdə aparılan axtarış zamanı 3800 dollar və 5 min avro aşkarlanıb.
Partlayışda həyatını itirən 6 nəfərdən dördünün cəsədi artıq ailələrinə təhvil verilib.
Xatırladaq ki, noyabrın 13-də İstanbulun İstiqlal prospektində yerli vaxtla təxminən 16:20-də partlayış baş verib. Hadisə nəticəsində altı nəfər ölüb, 81 nəfər yaralanıb.