İstanbulda törədilən terror aktı ilə əlaqədar saxlanılanların sayı 48-ə yüksəlib.
Xezerxeber.az xəbər verir ki, partlayıcı maddəni yerləşdirməkdə şübhəli bilinən suriyalı Əhlam Əlbəşirin qaldığı evdə aparılan axtarış zamanı 3800 dollar və 5 min avro aşkarlanıb.
Partlayışda həyatını itirən 6 nəfərdən dördünün cəsədi artıq ailələrinə təhvil verilib.
Xatırladaq ki, noyabrın 13-də İstanbulun İstiqlal prospektində yerli vaxtla təxminən 16:20-də partlayış baş verib. Hadisə nəticəsində altı nəfər ölüb, 81 nəfər yaralanıb.