Türkiyənin İstnabul şəhərindəki İstiqlal küçəsi piyadaların hərəkəti üçün bağlanıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə İstanbul valiliyi qərar qəbul edib.
Buna səbəb küçədəki beton saxsı dibçəklərin və ağacların götürülməsi olub. Bunun üçün küçədəki bütün mağazalar bağlanıb. Polis vətəndaşları küçədən çıxarıb. Məlumata görə, təhlükəsizliyin təmin edilməsi üçün ərazidəki bütün dibçəklər götürüləcək.
Qeyd edək ki, noyabrın 13-də bu ərazidə 6 nəfərin ölümü ilə nəticələnən terror hadisəsi baş verib.