Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyanın Bali adasında keçirilən G20 sammiti çərçivəsində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman bin Əbdüləziz Əl Səudla görüşüb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Görüş İndoneziyada keçirilən G-20 liderlərinin zirvə toplantısı çərçivəsində baş tutub.